Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib


Dövlət Turzim Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib. SİA Agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar.

Bu ilin I yarısında qeyd olunan 2 ölkədən Azərbaycana 68 mindən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artım deməkdir. Hazırda Qazaxıstanın 4, Özbəkistanın isə 2 şəhərindən olmaqla birbaşa uçuşlar həyata keçirilir.