ABŞ-də güllələnmə olub
ABŞ-nin Manhetten şəhərinin mərkəzində güllələnmə hadisəsi baş verib. SİA “NBC News”a istinadən xəbər verir ki, əlində tüfənglə hündürmərtəbəli binaya girən şəxs ətrafdakılara atəş açıb. Nəticədə bir polis və üç mülki şəxs həlak olub. Onun Las-Veqasdan olan 27 yaşlı Şeyn Devon Tamura olduğu müəyyən edilib. Tamuranın özünün də intihar etdiyi bildirilir. Onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.