Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Böyükşor-Pirşağı yeni avtomobil 6,5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,- deyə agentlik bəyan edib.