DSMF ötən il investisiya fəaliyyətindən əldə etdiyi gəliri açıqlayıb
2024-cü ilin sonuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya qoyuluşu 1 milyard 435,605 milyon manat təşkil edib. SİA Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə təxminən 43 % azdır.
O cümlədən, Fond əmlak, tikili və avadanlıqların alınmasına 7,152 milyon manat (71 % çox), qeyri-maddi aktivlərin alınmasına 1,172 milyon manat (53,6 % çox), banklarda açılmış depozit hesablarına 25 milyon manat (54,1 % çox), dövlət zəmanətli istiqrazlara 485,146 milyon manat (51,4 % az), banklarda həyata keçirilən əks-repo əməliyyatlarına isə 917,135 milyon manat (37,4 % az) pul qoyub.
İl ərzində qurum bank depozitlərindən 5,881 milyon manat (6,1 dəfə çox), dövlət zəmanətli istiqrazlardan 70,803 milyon manat (təxminən 30 dəfə çox), əks-repo əməliyyatlarının geri alınmasından isə 918,268 milyon manat (37,4 % az) gəlir əldə edib.