İqtisadiyyat

Hesablama Palatası I yarımildə ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb


Hesablama Palatasınıın bu ilin I yarısında həyata keçirdiyi audit tədbirləri zamanı aşkarlanan və ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb. SİA bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, pozuntular əsasən aşağıdakı sahələrdə müşahidə olunub:

– Büdcə vəsaitlərinin düzgün proqnozlaşdırılmaması nəticəsində onların təyinatının dəyişdirilməsi;

– Qurumların qanunvericiliklə müəyyən edilmiş funksiyalarına aid olmayan istiqamətlər üzrə vəsaitlərin xərclənməsi;

– Yanacaq və nəqliyyat normasına əməl edilməməsi, beynəlxalq tədbirlərdə artıq xərclərə yol verilməsi;

– “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması – satınalma planlarının hazırlanması və icrasında nöqsanlar;

– Tender komissiyalarının fəaliyyəti zamanı şəffaflıq və rəqabət prinsiplərinə əməl olunmaması;

– Satınalma müqavilələrinin icrasında geriləmələr və aşağı icra göstəriciləri;

– Tikintisi başa çatmış obyektlərin vaxtında istismara verilməməsi nəticəsində mühasibat uçotunda qeyri-dəqiq əksolunmalar;

– Dövlət investisiyalarının idarə olunması zamanı normativ aktların düzgün tətbiq edilməməsi.

Hesablama Palatası bu pozuntularla bağlı məsul qurumlara təkliflər paketini təqdim edib və qanunvericilikdə dəyişikliklərin, o cümlədən dövlət satınalmalarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.