İqtisadiyyat

Hesablama Palatası I yarımildə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb


Bu ilin I yarısında Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb. SİA bu barədə Palataya istinadən xəbər verir.

Bu məbləğin 17,8 milyon manatı birbaşa büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib. Qalan hissə digər növ pozuntularla əlaqəlidir.

Aşkarlanan pozuntular əsasən büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması, artıq xərclərə yol verilməsi və maliyyə hesabatlarında təhriflərlə bağlı olub.

Hesablama Palatası audit nəticələrinə uyğun olaraq aidiyyəti qurumlara tövsiyələr və təkliflər göndərib. Bununla yanaşı, bəzi hallarda pozuntuların aradan qaldırılması və vəsaitlərin bərpası istiqamətində tədbirlər görülüb.