Dünya

Novaya Zemlyada radioaktivliyin artması qeydə alınıb…


…Arktikada təbii radioaktivliyin artması qeydə alınıb: Novaya Zemlya arxipelaqında radonun səviyyəsi bir il əvvəllə müqayisədə təxminən iki dəfə yüksək olub.

SİA bu barədə rus saytlarına istinad edir.

Tədqiqatçılar radon axınının artmasının əbədi donun əriməsi ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Normalda donmuş süxurlarda bu radioaktiv qazın ifrazı olur, lakin onlar qızdıqda radon səthə qalxmağa başlayır.

Qeyd edək ki, radon uranın parçalanması nəticəsində əmələ gələn rəngsiz, qoxusuz radioaktiv qazdır.

Bütün torpaqlarda və qayalarda mövcuddur, lakin Arktikada onun konsentrasiyası adətən son dərəcə aşağıdır.

Eyni zamanda, alimlərin vurğuladığı kimi, müəyyən edilmiş səviyyələr təbii fonda qalır və sağlamlıq üçün təhlükə yaratmır.

Əlavə təhlil üçün qaya nümunələri götürülüb – bu, qazın mənşəyinin dərinliyini və torpağın ərimə dərəcəsini qiymətləndirməyə kömək edəcəkdir.

Alimlərin fikrincə, bu, regionda əbədi buzlaqların sürətlə əriməsinin əlamətlərindən biri ola bilər.

Alimlər daha əvvəl iqlim dəyişikliyini cilovlamaq üçün geomühəndislik texnologiyalarından istifadə edərək Arktikanı “yenidən dondurmaq” arzusunu ifadə etmişdilər.

Nazlı Almuradova