Qəzzada ölənlərin sayı 60 mini keçib
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 113 nəfər artaraq 60 min 34 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Son 24 saat ərzində Qəzza xəstəxanalarında 113 nəfər ölüb, 637 nəfər yaralanıb. Bildirilib ki, İsrail ordusu yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəs rejiminin pozulmasının ardınca martın 18-dən bəri başlatdığı hücumlarda 8 min 867 fələstinlini şəhid edib, 33 min 829 nəfəri yaralayıb.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 60 034 nəfərə, yaralıların sayı isə 145 870 nəfərə çatıb. Mayın 27-dən bu yana İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondu tərəfindən humanitar yardım adı altında Qəzzada fələstinliləri hədəf alan sistematik hücumlar 1179-a, yaralıların sayı isə 7957-yə çatıb. Qəzza zolağında minlərlə ölünün hələ də dağıntılar altında qaldığı bildirilir.