Rusiyanın Zaporojya həbsxanasına hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Rusiya ordusunun Zaporojya vilayətindəki həbsxanaya endirdiyi hava zərbəsi nəticəsində 16 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zaporojya Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” hesabında yazıb ki, Rusiya ordusu gecə saatlarında bölgəyə FAB tipli bombalarla hücum edib.
Fedorov rusların bölgəyə 8 dəfə hücum etdiyini və hücumda cəzaçəkmə müəssisəsinin də hədəf alındığını bildirib.
Fedorov aşağıdakı açıqlamaları verib: “Bir islah müəssisəsi də vuruldu. 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Müəssisənin binası dağıdılıb. – Dnepropetrovsk vilayətində baş verən hücumda 2 nəfər həlak olub
Bu arada Ukraynanın Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak da eyni hesabla Rusiya ordusunun gecə ərzində Kamyanske şəhərinə FAB tipli bombalarla hücum etdiyini açıqlayıb. Lisak hücumda 2 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, xəstəxana binasına ziyan dəydiyini qeyd edib.