Şəmkirdə açıq ərazidə yanğın başlayıb
Şəmkirdə yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd ərazisində açıq sahədə kol-kos yanır. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.