Dünya

Yük maşını avtobusa çırpılıb


Hindistanın Carkhand əyalətinin Deoqhar rayonunda yük maşınının avtobusa çırpılması nəticəsində ilkin məlumata görə, 18 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın NDTV kanalının məlumatına görə, rəsmilər Deoqharda yük maşınının təxminən 35 nəfəri daşıyan avtobusa çırpıldığını bildirib.

Səlahiyyətli şəxslərdən Nişikant Dubey “X” sosial mediada bildirib ki, ilkin məlumatlara görə, qəzada 18 nəfər həlak olub. 10 nəfərin yaralanması ilə nəticələnən avtobusun içində sıxışanları xilas etmək üçün polis və tibb işçiləri müdaxilə edib.