Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.
SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının “X” səhifəsində paylaşım olunub.
İclasa sədrliyi Prezident Rəcəb Tayyib Ərdoğan edir.
Toplantıda müzakirəyə çıxarılan məsələlər açıqlanmayıb.