Dünya

“Bu, ruslara təsir edə də bilər, təsir etməyə də bilər…”





Tramp deyir ki, əmtəə bazarlarının Rusiyaya qarşı sanksiyalara reaksiyası onu maraqlandırmır. ABŞ prezidenti ölkəsində neft hasilatını artıracağına söz verib…



…ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların qlobal neft bazarlarına potensial təsirindən narahat olmadığını bildirib.

SİA-nın məlumatına görə, Tramp Şotlandiyadan havaya qalxmazdan əvvəl Air Force One təyyarəsində mətbuata açıqlama verərkən, “Xeyr, vecimə deyil. Ölkəmizdə bu qədər neft var. Neft hasilatını artıracağıq” deyib.

Trampın sözlərinə görə, neft artıq “olduqca ucuzdur” və ABŞ hasilatı daha da artırmalıdır. Prezident qeyd edib ki, Ukraynada müharibənin həlli üçün verilən müddət iyulun 29-dan başlayaraq 10 gün sonra başa çatacaq: “Bu, açıq-aydın Rusiyaya təsir edəcək, lakin o (Vladimir Putin. – A.B.) müharibənin davam etməsini istəyir. Amma biz rüsumlar tətbiq edəcəyik. Bu, ruslara təsir edə bilər, təsir etməyə də bilər, – Tramp deyib.

Əli Babayev