Dünya

Cənubi Koreyada ölənlərin sayı 13-ə çatıb


Cənubi Koreyada davam edən həddindən artıq istilər nəticəsində ölənlərin sayı 13-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap-ın məlumatına görə, isti hava Cənubi Koreyada həyata mənfi təsir etməkdə davam edir.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi may ayından bəri ümumilikdə 2768 nəfərin istilərlə bağlı xəstəliklər üçün təcili yardım xidmətinə müraciət etdiyini bildirib. Bəyanatda bu şəxslərdən 13-nün öldüyü də qeyd olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə yoluxmaların sayı təxminən 2,6 dəfə, ölənlərin sayı isə üç dəfədən çox artıb. Bu arada, ölkənin bir çox bölgələrində istilərlə bağlı xəbərdarlıqlar qüvvədə qalır. Yaxın günlərdə ölkədə istilərin daha da güclənəcəyi ilə bağlı xəbərdarlıqlar edilir.