Dünya

“İcazəsiz” namaz qıldığına görə cərimələnib…


Rusiyada, Kostromada 63 yaşlı sakin iş yerində kollektiv namaz təşkil etdiyinə görə 5 min rubl cərimə olunub.

SİA xəbər verir ki, GTRK Kostroma-nın (Kostroma haqqında əsas məlumat mənbəyi-A.B.) məlumatına görə, qeydiyyatdan keçməmiş ibadət otağına həftədə 15-ə qədər müsəlman toplaşırmış.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional idarələri, Federal Təhlükəsizlik Xidməti və prokurorluq əməkdaşlarının birgə araşdırmasından sonra həmin şəxsin əməli “qanunsuz missionerlik fəaliyyəti” kimi qiymətləndirilir.

…Namaz evi hazırda bağlıdır, lakin bütün qanuni rəsmiləşdirmələr tamamlandıqdan sonra yenidən açıla bilər. …Bundan əvvəl Kamçatkanın müsəlman icmasına qeyri-qanuni namaz qıldıqları üçün xəbərdarlıq edilmişdi.

Əli Babayev