İsrail Suriyanın cənubuna hücum etdi
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı Əs-Suveyda əyalətinə hücum edib. SİA xəbər verir ki, bu barədə “Şam” TV məlumat yayıb. Bildirilib ki, İsrail aviasiyası vilayətin inzibati mərkəzi olan Əs-Suveyda şəhəri yaxınlığına, həmçinin Rima-Hazem qəsəbəsi ərazisinə zərbələr endirib. Hədəflər Suriya Müdafiə Nazirliyinə tabe olan qüvvələr, eləcə də ərəb qəbilələrinin silahlı dəstələri olub.