Dünya

Mladiç bir səbəbdən azadlığa buraxılmadı…


…Ömürlük həbsə məhkum edilmiş keçmiş Bosniya serb ordusu komandiri Ratko Mladiçin müdafiəsi onun vaxtından əvvəl azadlığa buraxılmasını təmin edə bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Müraciətdə Mladiçin səhhətinin pis olduğu qeyd edilib. Tibbi rəyə görə, məhkum komandirin ömrü çox olmasa da, vəziyyəti stabildir.

Bununla belə, Haaqa məhkəməsi Mladiçin azadlığa çıxmasına haqq qazandıracaq ciddi, ölümcül xəstəliyi olmadığı üçün onun dəmir barmaqlıqlar arxasında qalmasına qərar verib. Xatırladaq ki, Ratko Mladiç səkkiz il əvvəl Bosniya müsəlmanlarının soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə qanunlarını pozmaqda günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib.

Əli Babayev