Dünya

Tramp Melaniyanın Putinə münasibətini açıqlayıb…






Melaniya Tramp mütəmadi olaraq ABŞ prezidentinə Rusiyanın Ukraynadakı zərbələrini xatırladır…



ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidentinə rəğbət bəsləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ lideri Donald Tramp Pod Force One podkastında deyib.

…Biz Putini tanıyırıq və onun xoşuna gəlir. İnsanlarla yaxşı münasibət qurmalısan. Onunla çox yaxşı münasibətim var idi. İdeal olaraq, belə olmalı idi. Amma nə yazıq ki, onlar Kiyevi bombaladılar. “Mən də həmin gün günorta onunla danışdım”. Tramp bir daha rusiyalı həmkarından “məyus” olduğunu bildirib.

…2025-ci ilin iyulunda konqresmen Don Bekon demişdi ki, Trampın Rusiyaya qarşı sərtləşən ritorikasına və siyasətinə təsir edən şəxs Melaniya Tramp olub.

O bildirib ki, birinci xanım mütəmadi olaraq ABŞ prezidentinə Rusiyanın Ukraynaya endirdiyi zərbələri xatırladır.

Əli Babayev