Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiya bölgəsinə zərbələr endirib…


Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə zərbələr endirib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov Telegram-da məlumat verib. …Belqorod vilayətinin Nikolskoye kəndi hücuma məruz qalıb. FPV pilotsuz təyyarəsinin hücumu nəticəsində bir mülki şəxs yaralanıb.

Ona ilkin tibbi yardım göstərilib və həkimlərə təhvil verilib. Bundan əlavə, rusiyalının olduğu minik avtomobili də zədələnib.

Bunu qubernator bildirib.

Çərşənbə günü, iyulun 30-da Ukraynaya məxsus pilotsuz təyyarənin Belqorodda çoxmərtəbəli binanı vurması ilə bağlı video yayımlanmışdı.

Bu, yaşayış binasına dəymiş ziyanı göstərir. Ölən və yaralananlar barədə məlumat verilmir.

Əli Babayev