Dünya

“Vipha” qasırğası Tailandı vurdu


Tailanda təsir edən “Vipha” qasırğası nəticəsində 7 nəfər ölüb, 143 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tailand Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə Departamentinin verdiyi açıqlamaya görə, xüsusilə şimal bölgələrini təsir edən fırtınanın yaratdığı şiddətli yağışlar 33 əyalətdə sel və torpaq sürüşmələrinə səbəb olub. Lazımi ehtiyat tədbirlərinin görülməsi üçün ictimaiyyətə xəbərdarlıq edilib.

Ölkə üzrə ümumilikdə 43 səhiyyə müəssisəsi daşqınlar nəticəsində zərər çəkib, səyyar briqadalar tərəfindən təcili tibbi yardım göstərilib. Bölgədə təxminən bir həftədir davam edən leysan yağışları və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 143 nəfər yaralanıb. Tailand Meteorologiya Xidməti həmçinin bildirib ki, güclü yağışların yaxın günlərdə azalacağı gözlənilir, lakin dağlıq ərazilərdə sürüşmə və sürüşmə riski qalmaqdadır.