Ailədə yükü çəkən qadınlardı, yoxsa kişilər?
Cəmiyyətimizdə illərdir müzakirə olunan məsələlərdən biri də ailə daxilində məsuliyyət bölgüsüdür. Bəs görəsən, bu gün ailədə əsas yük kimlərin üzərindədir – qadınların, yoxsa kişilərin? Bu sual ətrafında SİA-nın əməkdaşı vətəndaşların fikirlərini öyrənməyə çalışıb.
Şəhər sakni Məmməd Heydərov: “Əlbəttə, ev işləri qadının üzərindədir. Amma bu, belə olmamalıdır. Elə ailə var ki, qadın kişidən də çox qazanır. Cəmiyyətin içində hər cür insan var. Amma eləsi də var ki, kişi arvadı qoyur, gedir. Qadın həm işləyir, həm dolanışığı təmin edir, həm də ailəsini saxlayır. Mənim qonşuluğumda belə bir qadın var. Onun kişisi alkoqolik idi. Hər şeyi dağıtdı. Nə bilim, çox şeyləri dağıtdı. Neyləsin, qadın məcbur qaldı. Üç oğlu var, hamısını böyüdüb, boya-başa çatdırıb. Ona görə də mənim fikrimcə yük qadınların üzərinə daha çox düşür”.
Şəhər sakini Ramil Şamilov: “Bu məsələyə bir çox bucaqdan baxmaq olar. Məsələn ev daxili məsələlərə baxsaq, bu o deməkdir ki, ev yükü düşür xanımların üzərinə. Amma iş baxımından və evi dolandırmaq baxımından və madiyyat baxımından bəylərində üzərinə çox yük düşür. Amma elə xanımlarda var ki, hər bir yükü öz üzərlərinə götürürlər və kişilərdə evdə oturur. Mən elə xanımları alqışlayıram və elə kişiləridə şiddətlə qınayıram. Lakin dünya üzrə ümumi olaraq götürsək yük düşür bəylərin üzərinə. Amma rayon və kənd yerlərinə baxsaq görürük ki, orada olan xanımlar sahələrdə çalışırlar, müxtəlif işlərdə işləyirlər, lakin bəylər səhərdən axşama qədər boş-boş gəzirlər. Mən buna da çox pis baxıram. Ya həmin bəylər yoldaşlarına yardım etməlidirlər, onlara dəstək olmalıdırlar, yada heç xanımlar sahələrdə çalışmamalı bəylər işləməlidirlər”.
Şəhər sakini Leyla Məmmədova: “Ailədə ümumiyyətlə belə baxanda əlbətdə qadının rolu çox böyükdür, yüklüdür və ağırdır. Çünki qadın həm ev işlərini görür, həm uşaqa baxır, yeməy hazırlayır, paltarları yuyur və s. o qədər işlər görür ki, bununda nəticəsi olaraq yük biz xanımların boynunda olur. İndi ki, dövrdə onu da qeyd edim ki, xanımlar həm ev işini görür, həm də hardasa işləyir. İndi ki, dövrdə Həm kişidə işləməlidir, həm də qadınlar yoxsa dolanışıq çox çətin olur. İndi işləməmək mümkün deyil. Ona görə, belə baxanda indi ki, ailələrə nə kömək eliyə bilər? Münasibətlər, mehribançılıq, kişi və qadının bir-birinə olan məhəbbəti, hörməti və anlayışı. Ayrı cürə mümükün deyil”.
Şəhər sakini Məhərrəm Rzayev: “Ailədə ən çox yük düşən, yükü çəkən kişilərdir. Bununda səbəbi ondan ibarətdir ki, kişi çöldə əziyyət çəkib pul qazanır, ailəsini saxlayır, evdə də qadın uşaqlarına baxır. Amma ikisidə qarşılıqdır. İkisinində üzərində bir- birlərinə haqqı var. İkisidə çalışırlar ki, övladlarına yaşı həyat bəxş eləsinlər, onlara təhsil versinlər, boya-başa çatdırsınlar və ağ günə çıxarsınlar. Mən özüm rayon yerində yaşayıram. Bura qonaq gəlmişəm. Goranboy rayonunda yaşayıram. Biz yoldaşımla ömrümüz boyu çalışmışıq ki, uşaqlarımızı boya-başa çatdıraq onlara daha yaxşı həyat bəxş edək. Rayon yerində düzdü bu biraz çətindi. Amma biz bunu mənim fikrimcə bacarmışıq. Amma yenə də, sonda qeyd etmək istəyirəm ki, ailədə yükü çəkən, ailəni saxlayan kişidir”.
Şəhər sakini Nazilə Heydərova: “Bu gün cəmiyyətdə qadınlar həm işləyir, həm də evə gəldikdən sonra ikinci bir növbə kimi ev işlərini görürlər. Uşağın dərsi, yemək, təmizlik, qonaq-qarşılayan da qadındır. Bəzi kişilər düşünür ki, çörəkpulu gətirməklə işləri bitir. Amma qadının gördüyü işlər gündəlik və dayanmadan davam edən prosesdir. Məncə, qadınların çiynində həm fiziki, həm də emosional yük daha çoxdur. Onlar həm analıq, həm həyat yoldaşı, həm də evdar qadın və işləyən insan rolunu eyni anda oynayırlar”.
Şəhər sakini Müslüm Müslümov: “Mənim fikrimcə qadının haqqı hər zaman tapdalanır və yeyilir. Qadın hər zaman və hər bir evin sütunudur. Kişinində öz vəzifələri var. Amma qadının vəzifələri daha çoxdur və böyükdür. Çünki qadın uşaq böyüyüdür. Uşaqada əsas tərbiyəni qadın yəni ana verir. Demirəm kişilərində əziyyəti böyükdür. Onlarda işləyirlər evlərinə çörək aparırlar, yorulurlar. Lakin yenədə qeyd etmək istəyirəm ki, qadının zəhməti və yükü çoxdur”.
Şəhər sakini Səkinə Əliyeva: “Mən orta yaşlı bir qadın olaraq həm keçmişi, həm bu günü yaxşı görürəm. Bizim dövrdə kişilər ailəni dolandırır, qadın isə evdə uşaq böyüdürdü. Amma indi hər şey dəyişib. İndi qadınlar həm işləyir, həm uşaqlara baxır, həm də evə baxır. Kişilər isə bəzən ev işlərinə qarışmır, “mən işləyirəm” deyib bir kənara çəkilir. Halbuki qadın da işləyir. Mənə görə, hazırda ailənin yükünü daha çox qadınlar daşıyır. Təbii ki, istisnalar var. Kişilər arasında da məsuliyyətli, hər şeyə dəstək olanlar az deyil. Amma ümumi mənzərə belədir”.