Bakı Mühəndislik Universiteti sığortaçı seçib
Bakı Mühəndislik Universiteti İkili Diplom Proqramı ilə bağlı səyahət sığortasının satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC-dir.
Qalib şirkətə 2 324 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi “Qala Sığorta” ASC olub. Şirkətə 3 681 manat ödənilib.