Donetskin Çasiv Yar şəhərini tutduq
Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Çasiv Yar şəhərini ələ keçirdiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb.
Bəyanatda deyilir: “Cənub Hərbi Qrupunun Kramatorsk-Drujovsk istiqamətində bölmələrinin hücumları nəticəsində Donetsk Xalq Respublikasının Çasov Yar şəhəri azad edilib. Ukrayna ordusu Çasov Yardan yenidən qruplaşma mərkəzi və atəşə dəstək bazası kimi istifadə edirdi. Hərbi ekspertlər bildiriblər ki, şəhər Rusiya ordusunun Donetskə dərin irəliləyişinə mane olan mövqeyə malikdir”.