Hə, bu dəfə isə Medvedev Trampın hədələrinə sərt cavab verdi…
…Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın əsəbiləşdiyini və bunun “Rusiyanın hər şeydə haqlı olduğunu” göstərdiyini bildirib.
SİA-nın məlumatına görə, bu barədə Medvedev Telegram kanalında yazıb.
Bundan əvvəl Medvedev Trampın Ukrayna ilə bağlı ultimatumlarını təhlükə və “müharibəyə doğru addım” adlandırmışdı.
O qeyd edib ki, Moskvanın Kiyevlə necə danışıqlar aparacağına qərar vermək Trampdan asılı deyil.
Bundan sonra Tramp sosial şəbəkəsində Medvedevi “Rusiyanın uğursuz keçmiş prezidenti” adlandırdığı yazı dərc edib.
ABŞ prezidenti bildirib ki, Medvedev “çox təhlükəli əraziyə daxil olur”.
Həmin yazıda Tramp Hindistan və Rusiya iqtisadiyyatlarını “ölü” adlandırıb.
…Rusiya keçmiş prezidentinin bəzi sözləri bütövlükdə, qorxunc ABŞ prezidentində belə əsəbi reaksiya yaradırsa, bu, o deməkdir ki, Rusiya hər şeydə haqlıdır və öz yolu ilə getməyə davam edəcək.
Medvedyev Trampın yazısına belə cavab verib.
Trampın “ölü iqtisadiyyatlar”la bağlı sözlərini şərh edən Medvedev ABŞ prezidentinə “gəzən ölülər” haqqında sevimli filmlərini, həmçinin təbiətdə olmayan “ölü əl”in nə qədər təhlükəli ola biləcəyini xatırlamağı” tövsiyə edib.
Əli Babayev