Şahzadə ilk dəfə qızı ilə görüntüləndi
Britaniya şahzadəsi Beatrisa bu ilin əvvəlində dünyaya gətirdiyi qızı Afina ilə ilk dəfə ictimai tədbirdə görüntülənib. SİA “Peopletalk” nəşrinə istinadən xəbər verir ki, o, həyat yoldaşı Eduardo və övladı ilə birlikdə İngiltərə yığmasının AVRO-2025-də qazandığı qələbə münasibətilə Londonda keçirilən paradda iştirak edib. Beatris övladının üzünü isə gizli saxlamağa çalışıb.