İqtisadiyyat

“SOCAR Polymer” ixrac gəlirlərini 12 %-dən çox artırıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 129 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. SİA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 13,9 milyon ABŞ dolları və yaxud 12,07 % çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.