Sunami səbəbindən mümkün apokalipsis barədə xəbərdarlıq…
Güclü zəlzələlər və sunamilər Sakit okeanda “atəş halqası”nı aktivləşdirə bilər ki, bu da qlobal fəlakətə səbəb ola bilər. SİA-nın məlumatına görə, aif.ru xəbər verir ki, bu barədə “Daily Mail”ə Berkli Kaliforniya Universitetinin geoloqu Maykl Manqa bildirib.
Ekspertin sözlərinə görə, Çili, ABŞ-da, Yaponiya, İndoneziya və Kamçatka kimi vulkanik qövslərdə olan vulkanlar çox vaxt zəlzələlərdən sonra aktivləşir.
O, nümunə kimi Kamçatkadakı vulkanların iyulun 30-da baş vermiş 8,8 bal gücündə zəlzələyə reaksiyasını misal gətirir. Manqa qeyd edib ki, bu təkanlardan sonra “atəş halqasının” aktivləşmə ehtimalı 5-12 faiz artıb və təhlükə bir neçə ay davam edəcək.
Sənəddə deyilir ki, tektonik plitələr yerdəyişdikdə, yer qabığında seysmik dalğalar şəklində hərəkət edən böyük miqdarda enerji buraxır.
Bu dalğaların maqma kameralarında və ya yer qabığındakı mövcud çatlar boyunca gərginliyin və ya təzyiqin artmasına səbəb olduğu bildirilir.
Bəzi hallarda bu əlavə stress maqma kamerasını əhatə edən süxurları zəiflədə və ya maqmanın yüksəlməsi üçün yeni yollar yarada bilər, məqalədə vurğulanır.
Həmçinin qeyd edilir ki, “atəş halqası”nın uzunluğu 40 min kilometrdən çoxdur.
Xatırladaq ki, çərşənbə günü, iyulun 30-da Kamçatkada ən güclü zəlzələlərdən biri baş vermişdi.
Yeraltı təkanlar Rusiya, ABŞ və Yaponiyada sunamiyə səbəb olub.
Nazlı Almuradova