Tramp təslim olmağa çağırır…
ABŞ prezidenti Donald Tramp radikal Fələstinin “Həmas” qruplaşmasını silahlarını yerə qoymağa və Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə çağırıb.
SİA-nın məlumatına görə, o, fikirlərini Truth Social sosial şəbəkəsində yazıb.
…Qəzzada humanitar böhrana son qoymağın ən sürətli yolu “Həmas”-ın təslim olub girovları azad etməsidir!
Bundan əvvəl məlum olmuşdu ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza zolağındakı humanitar böhranı müzakirə etmək üçün İsrailə səfər edəcək.
Axios portalının mənbəsinə görə, Tramp “mülki əhaliyə yardımı necə artıracağını anlamaq üçün Qəzzada humanitar vəziyyət haqqında daha çox öyrənmək istəyir”.
Bundan əvvəl Vitkoff bildirib ki, radikal “Həmas” qruplaşması Qəzzada atəşkəsə nail olmaq öhdəliyini nümayiş etdirməyən bir şəkildə cavab verdikdən sonra Vaşinqton danışıqlar qrupunu Dohadan geri çəkir.
ABŞ nümayəndəsi bildirib ki, vasitəçilər danışıqlarda ciddi səylər göstəriblər, lakin “Həmas” “koordinasiyalı və vicdanlı hərəkət etmir”.
Əli Babayev