Month: July 2025

Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddialarını rədd edib

Azərbaycan parlamenti Belçika Nümayəndələr Palatasının qətnaməsinə münasibət bildirib. SİA xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb. Bildirilib ki, qanunverici orqan Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə…

BTQ əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla araşdırma aparıb

Bakı Təşəbbüs Qrupu (BTQ) əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla birlikdə yeni araşdırma aparıb. Belə ki, “Yeni Kaledoniya: Kalonial miras, öz müqəddəratını təyin etmək uğrunda mübarizə və 2024-cü ilin böhranı” adlı tədqiqat işində Yeni Kaledoniyada 2024-cü ilin may iğtişaşları, onları doğuran səbəblər,…

Moskva və Rostova hücum olub: Qatarların hərəkəti dayandırılıb

Nəqliyyatın çökməsi başlayıb..? İyulun 19-na keçən gecə Moskva və Rostov-na-Donuda partlayışlar gurultulu olub. Ruslar pilotsuz təyyarənin hücumu barədə məlumat veriblər. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna yerli ictimai səhifələrə və Rusiya mətbuatına istinadən…

Gəncədə qonşular bir-birini döyüb

Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hakan Fidan Rubio ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb. SİA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilib ki, söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib. H. Fidan Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə hər…

Bu gün 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan…

İsrail HƏMAS-ın batalyon komandirini öldürüb

İsrail HƏMAS-ın “Dərrac Tuffah” batalyonunun komandirinin məhv edildiyi barədə məlumat yayıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) və Şin Bet Təhlükəsizlik Xidmətinin (Şabak) birgə bəyanatında deyilir. “Son bir həftə ərzində İDF və Şin Bet HƏMAS-ın “Dərrac…

Odessaya hava hücumu olub

İyulun 19-na keçən gecə Ukraynanın Odessa şəhərinə kütləvi hava hücumu edilib. Hava hücumu zamanı kamikadze dronunun çoxmərtəbəli binaya endirilməsi nəticəsində bir neçə mərtəbə yanıb, bir qadın ölüb. Bu barədə SİA Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir. Bildirilib…

Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır

Avropa İttifaqı (Aİ) beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamaq üçün danışıqlara başlamağa razılıq verib. SİA “Bloomberg”ə istinadla xəbər verir ki, Brüsseldə keçirilən nazirlər toplantısında Aİ-nin nazirləri KƏŞ-ə üzv dövlətlərlə (Səudiyyə Ərəbistanı,…

Husilər İsrail aeroportuna zərbə endirdi

Yəməndəki husi üsyançıları İsrailin Ben-Qurion hava limanına zərbə endirib. SİA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi deyib. Hücum zamanı hipersəs raketindən istifadə olduğu bildirilib. Əlavə informasiya verilmir.