Month: July 2025

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq…

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. SİA xəbər verir ki, bu binanın da inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası…

Suriyanın “druz” problemi

Suriyanın cənubundakı toqquşmalar Türkiyəni də ayağa qaldırıb Türkiyə Suriyanın cənubunda druzlar, bədəvilər və hökumət qüvvələri arasında baş verəcək genişmiqyaslı toqquşmaların şimal-şərqdə Kürd Xalq Müdafiə Birliklərini (YPG) səfərbər edəcəyindən ehtiyat edir. Suriya kürd liderləri, iyulun 13-dən bəri Suveyda əyalətində davam edən…

YAP Səbail rayon təşkilatı Milli Mətbuat Gününü qeyd edib

İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. SİA…

Azərbaycanda infrastruktur obyektlərinin də reyestri aparılacaq

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar…

İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. SİA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi. Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident…

Bakıda ASOSAI və ARABOSAI-nın birgə toplantısı keçirilir

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilir. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Toplantıda əvvəlcə Hesablama Palatasının…

Azərbaycanda Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

Nazirlər Kabineti “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət…

Süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır

Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət…

Şənbə günü hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan…