Month: July 2025

“Naxçıvan İpoteka Fondu”nda nöqsanlar aşkar edilib

Hesablama Palatası “Naxçıvan İpoteka Fondu” ASC-yə ayrılan dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqi aktlara uyğunluğunu audit edib. SİA Palataya istinadən xəbər verir ki, audit 2023-2024-cü illəri əhatə edib. Hər iki ildə “Naxçıvan İpoteka Fondu”na Muxtar Respublika…

Ombudsman insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətlərini açıqlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətləri açıqlanıb. SİA xəbər verir ki, Ombudsman Səbinə Əliyeva 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar məqaləsində bu barədə məlumat verib. Ombudsman qeyd edib ki,…

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün növbəti müsabiqə elan edilib

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün növbəti açıq müsabiqə elan edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata…

AMB iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” və “A-Solutions” MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadfən xəbər verir. Məlumata görə, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər…

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 29-da və 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər…

Qoruqların təmizliyi üçün qanunsuz 835 min manat ödənilib

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən Dövlət Turizm Agentliyində həyata keçirilmiş audit zamanı qoruqlarla bağlı ciddi maliyyə uyğunsuzluğu aşkar edilib. SİA Palataya istinadən xəbər verir ki, audit 2021–2024-cü illəri əhatə edib və əsas məqsəd dövlət vəsaitinin idarə olunmasının…

İcbari Tibbi Sığorta Fondunun maliyyə hesabatında ciddi uyğunsuzluq tapılıb

İcbari Tibbi Sığorta Fondunun 2023 və 2024-cü illər üzrə gəlir və xərcləri üzrə maliyyə hesabatlarında ciddi uyğunsuzluqlar müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin İş Planına əsasən həyata keçirilmiş audit tədbirinin nəticələrində bildirilir. Audit zamanı…

“Fransanın çağırışı bölgədə sülh və sabitliyi pozan separatizmi canlandıra bilər”

“Fransa Milli Assambleyasında qəbul olunan qətnamədə beynəlxalq ictimaiyyətə ünvanlanan və “erməni əhalisinin Artsaxa qayıtmaq hüququ” ilə bağlı irəli sürülən çağırış bölgədə sülh və sabitliyə ciddi şəkildə mənfi təsir göstərə bilər. Bu məsələyə beynəlxalq hüquq, regional reallıqlar və sülh prosesinin gedişi…

YAP Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbi keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı könüllülərinin və gənclərinin yay məktəbi keçirilib. İyul ayının 24-dən start götürmüş yay məktəbinin iştirakçıları rayon təşkilatının sədri Ramil Vəlibəyov ilə görüşüb, bir həftə davam edəcək məktəbin proqramı və təlimatları ilə tanış olublar. Sonra yay…

Cənubi Koreyada ölənlərin sayı 13-ə çatıb

Cənubi Koreyada davam edən həddindən artıq istilər nəticəsində ölənlərin sayı 13-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap-ın məlumatına görə, isti hava Cənubi Koreyada həyata mənfi təsir etməkdə davam edir. Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi…