Month: July 2025

İlham Əliyev Ruanda Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə…

İran Prezidenti Xankəndiyə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. SİA-nın əldə etdiyi məlumata görə, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı…

Türkiyədə böyük əməliyyat

İzmir Respublika Baş Prokurorluğunun İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvətxorluq” və “qanunsuzluq” iddiaları ilə başlatdığı istintaq çərçivəsində, aralarında İzmir Bələdiyyəsinin keçmiş başçısı Tunç Soyerin də olduğu bir çox adam saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Milliyyet” məlumat yayıb. Bildirilir ki,…

“Azərbaycanda söz və fikir azadlığına yeni nəfəs verildi”

“Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ölkə miqyasında geniş şəkildə qeyd olunur. Bu yubiley yalnız bir tarixi hadisənin deyil, həm də milli şüurun, ictimai fikrin və informasiya siyasətinin inkişafında medianın oynadığı strateji rolun təntənəsidir. 22 iyul 1875-ci ildə…

Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən…

AQTİ-də sahibkarların qəbulu keçiriləcək

AQTİ-də sahibkarların qəbulu keçiriləcək

İran ABŞ-la nüvə danışıqlarının şərtini açıqladı

İran və ABŞ arasında nüvə danışıqları ABŞ hərbi təhdidlərini dayandırmayana qədər davam etməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı “CBS Nyus”a deyib. “Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan hərbi təcavüz üçün…

Azərbaycanda unun qiyməti ucuzlaşdı

İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3…

Azərbaycan səfiri Rusiya XİN-ə gəlib

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda deyilir ki, diplomat jurnalistlərə şərh vermədən içəri keçib. Xatırladaq ki, dünən Rusiya XİN Bakıda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın redaksiyasında…

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilir

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumunda iştirak edən nümayəndə heyəti Ağdam şəhərinə yollanıb. SİA xəbər verir ki, 7 ölkədən 100-dən artıq nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub. Ekskursiya…