Dünya bazarlarında neftin qiyməti 73 dollara yaxınlaşıb
Dünya enerji bazarlarında neftin qiyməti 73 dollara yaxınlaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında sentyabr fyuçersləri üzrə WTI markalı xam neftin bir bareli 0,03 ABŞ dolları və ya 0,04% artaraq 69,24 dollara bərabər olub. Londonun ICE birjasında isə Brent…
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib. Bu barədə SİA Polşanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir. Bu vəzifəyə polkovnik Arkadiuş Şlenjek təyin edilib. “Polşanın Bakıdakı səfirliyində hərbi attaşe dəyişikliyi baş verib. Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını başa vurub,…
İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib
İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib. Bu barədə SİA İsrailin Bakıdakı səfirliyinin paylaşımına istinadən xəbər verir. Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.
Kamçatkada 50-dən çox afterşok qeydə alınıb
Kamçatkada 8,7 bal gücündə zəlzələdən sonra əksəriyyəti hiss olunmayan 50-dən çox afterşok qeydə alınıb. SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib. “Saat 11:24-də (Bakı vaxtı ilə 03:24) zəlzələ nəticəsində 50-dən çox…
Bakıda iki istiqamətdə sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə…
Bu gün hava necə olacaq?
İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacaq. Atmosfer…
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. SİA xəbər…
ABŞ-ın bir sıra ştatlarında sunami xəbərdarlığı edilib
Rusiyanın Şərqində baş vermiş güclü zəlzələdən sonra ABŞ-ın Alyaska ştatında, Havay adalarında və ölkənin qərb sahillərində sunami xəbərdarlığı edilib. SİA-nın məlumatına görə, ABŞ Geoloji Xidmətinin açıqlamasına əsasən, 8,7 bal gücündə zəlzələ Rusiyanın Kamçatka yarımadasından 140 km uzaqlıqda 19 km dərinlikdə…
Ukraynanın təlim bölmələrindən biri vuruldu
Ötən gün Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket hücumu həyata keçirib. SİA xəbər verir ki, bu barədə Quru Qoşunlarından məlumat verilib. Bildirilib ki, hücum nəticəsində 3 əsgər ölüb, 18-i isə yaralanıb.
Haaqa Tribunalı “Bosniya qəssabı” Ratko Mladiçin vaxtından əvvəl azadlığa buraxılmasını rədd edib
BMT-nin Haaqadakı Beynəlxalq Cinayət Tribunalları üzrə Qalıq Mexanizmi (IRMCT) 2017-ci ildə ömürlük həbs cəzasına məhkum olunan Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin humanitar əsaslarla vaxtından əvvəl azadlığa buraxılması tələbini rədd edib. SİA xəbər verir ki, məhkəmə soyqırımı və müharibə…