Month: July 2025

Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq. SİA-nın məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı…

“Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq”

“Fransa Milli Assambleyasında təqdim olunan qətnamənin əsas məqsədi təkcə Ermənistanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsi deyil, eyni zamanda Cənubi Qafqazda Fransanın siyasi və strateji mövqeyinin möhkəmləndirilməsidir. Bu qətnamə Ermənistanla “strateji tərəfdaşlıq” qurulmasını təşviq edir, müxtəlif sahələrdə, xüsusilə də müdafiə, təhlükəsizlik və…

ABŞ-nin rüsumları Polşaya 2,2 milyard dollar ziyan vuracaq

ABŞ Prezidenti Donald Trampın Avropa mallarına tətbiq etdiyi rüsumlar Polşaya təqribən 2,2 milyard dollara başa gələcək. SİA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında yazıb. Onun sözlərinə görə, Varşava Vaşinqtonla danışıqlar zamanı əvvəllər 3,75 milyard…

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiriməqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət…

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin seçmə mərhələsində İrlandiyanın “Şelbörn” kollektivinə qarşı oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. SİA “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq…

Sabah 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti…

Torpaq alarkən hansı məqamlara diqqət edək?

“Son illərdə ölkəmizdə şəhərsalma və tikinti sahəsində qanunvericilik tələbləri ciddi şəkildə təkmilləşdirilmiş, xüsusilə torpaqdan istifadəyə və fərdi yaşayış evlərinin inşasına nəzarət gücləndirilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Elnur Azadov sözlərinə belə davam edib: “Əhali…

“Çin avtomobil idxalında ciddi yer almağa başlayıb”

“Azərbaycanda avtomobil parkının genişlənməsi və yenilənməsi ilə bağlı avtomobil idxalında ciddi artım müşahidə olunur. Əhali arasında həm yeni, həm də işlənmiş avtomobillərə olan tələbatın artması, eyni zamanda nəqliyyat sektorunda gedən texnoloji yenilənmələr, ölkəyə gətirilən avtomobillərin sayının yüksəlməsinə səbəb olur”. Bu…

Hamiləlik və dəniz: istirahət, yoxsa risk?

Yay aylarında hamilə qadınların dənizə getməsi həm faydalı, həm də müəyyən riskləri özündə daşıyan bir fəaliyyətdir. Bəs, hansı hamilələrə dəniz faydalı və risklidir? SİA mövzu ilə bağlı araşdırma aparıb. Hamiləlikdə dənizə getməyin FAYDALARI Fiziki rahatlıq və bədənə yüngüllük Suda üzmək…

“Azərpoçt”un xalis mənfəəti 9 %-dən çox azalıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2024-cü ili 5,033 milyon manat xalis mənfəətlə başa vurub. SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci illə müqayisədə 9,3 % azdır. Ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 22,81 milyon…