Pentaqondan Ukraynaya böyük şok
Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb. SİA xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb. “Müdafiə Nazirliyinin sursat ehtiyatlarına yenidən baxıldıqdan sonra, zenit raketləri, artilleriya mərmiləri və yüksək dəqiqlikli silahların…
Latviya Ukraynaya zirehli transportyorlar göndərir
Ukrayna Latviyadan 42 “Patria” zirehli transportyoru alacaq. Latviya hökuməti müvafiq tədarükü təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, Ukrayna “Patria” zirehli transportyorlarından başqa Latviyadan digər hərbi texnikalar da alacaq.
Türkiyə Prezidenti Ankarada Tatarıstan lideri ilə görüş keçirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 1-də Ankarada Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb. SİA-nın məlumatına görə, görüş Türkiyənin Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında mətbuat üçün qapalı rejimdə keçirilib. Bundan əvvəl çərşənbə axşamı günü Tatarıstan rəhbəri Türkiyənin…
ABŞ İsraillə anlaşdı
“Bu gün mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail Qəzzada 60 günlük atəşkəsə imkan verəcək şərtlərlə razılaşıb”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı hesabında yazıb. “Bu müddət ərzində…
Alman maliyyə bankı 2026-cı ildə kriptoaktivlərin saxlanması xidmətini işə salacaq
Almaniyanın “Deutsche Bank” maliyyə nəhəngi 2026-cı ildə özünün kriptoaktivlərin saxlanması xidmətini istifadəyə verməyi planlaşdırır. SİA “Bloomberg”ə istinadla xəbər verir ki, bu təşəbbüsün həyata keçirilməsində “Bitpanda” kriptobirjasının texnoloji bölməsi olan “Bitpanda Technology Solutions” şirkəti iştirak edir. Bundan əlavə bank rəqəmsal aktivlərlə…
Putinlə Makron 3 ildən sonra telefonla danışdı
Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı baş tutub. SİA xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. Qeyd edilib ki, telefon danışığı zamanı Ukraynadakı vəziyyətə də toxunulub. Putin bildirib ki, Ukrayna münaqişəsi birbaşa Qərb dövlətlərinin siyasətinin…
Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb
Livana göndərilməsi planlaşdırılan 5 milyondan çox amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, narkotik vasitə bir konteynerdə şüşə və çini qabların içərisində adı gizli saxlanan bir ölkədən Livana aparılırmış. Qeyd olunur ki,…
Paytaxtın bu ərazisində işıq olmayacaq
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2-də elektrik xətləri sifarişə əsasən açılacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar…
Bu gün Azərbaycanda Polis günüdür
Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. SİA xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri…