Dünya

Kamçatkadakı ən böyük buzlaq partlayan buxara çevrilə bilər


…Klyuçevskaya Sopka püskürməsi Boqdanoviç buzlaqını partlayan buxara çevirə bilər. “Kamçatka vulkanları” təbiət parkları şəbəkəsinin mətbuat xidməti Kamçatkada ən böyük buzlaqın əriməsinin nəticələri barədə məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə Klyuçevskoy vulkanının kraterindən lava axını onun cənub-şərq yamacı ilə enir və yarımadanın ən böyük buzlaqlarından birinə doğru hərəkət edir.

Əgər lava buzlaqı əridirsə, o zaman tez buxarlanan su freatik partlayışlar yarada bilər. Nəticədə daşlar, kül və lava bombaları havaya atıla bilər.

Kül dəniz səviyyəsindən on kilometr yüksəkliyə uça bilər.

Bunu ekspertlər xəbərdarlıq edir.

Bundan əlavə, buzlaqın əriməsi nəticəsində laharlar – sel axınları əmələ gələ bilər. Onlar da öz növbəsində Boqdanoviç buzlaqının sol kənarından başlayan Studenaya çayının yatağına enə bilərlər.

2023-cü ildə vulkan püskürməsi və iki buzlaqın, Boqdanoviç və Erman əriməsi fonunda sel suxaya və Studenaya çaylarının yatağına daxil oldu.

Nəticədə Kozırevsk – Petropavlovsk-Kamçatski avtomobil yoluna ziyan dəyib.

Qeyd edək ki, Klyuçevskaya Sopka püskürməsi iyulun 30-da Kamçatkada baş verən zəlzələdən az sonra başlayıb. Gücünün 8,7 bal gücündə olduğu zəlzələ 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Bundan sonra Saxalin vilayətindəki Severo-Kurilskdən dörd sunami dalğası keçib. Yaponiya, Havay, Çili, Ekvador, Peru, Meksika və Çində də sunami təhlükəsi elan edilib.

Əli Babayev