Səudiyyə yağış sularını toplamaq üçün 1000 bənd tikmək qərarına gəlib…
…Səudiyyə Ərəbistanı yağış suyunu toplamaq üçün ildə 4 milyon kubmetrə qədər su toplaya bilən min bənd tikmək qərarına gəlib.
SİA-nın məlumatına görə, Axbaar24 nəşri xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, su və kənd təsərrüfatı naziri Əbdülrəhman Əl-Fadhli mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, su təsərrüfatı sahəsində ümumi dəyəri 61,3 milyard dollar olan irimiqyaslı layihələrə start verilib.
O, həmçinin bildirib ki, yağıntıları toplamaq üçün ümumi illik gücü 4 milyon kubmetr su olan 1000 müxtəlif tutumlu bənd tikiləcək.
Bu strukturlar mövsümi yağışların gətirdiyi suyu toplayacaq, qrunt sularının ehtiyatlarını artıracaq, axınları azaldacaq və quraq rayonlarda suyun mövcudluğunu təmin edəcək.
Onun sözlərinə görə, bu layihə ölkədə su ehtiyatlarının uzunmüddətli qorunması istiqamətində atılan əsas addımdır. Nazirin hesabatına görə, ölkədə su hasilatı artıq iki dəfə artıb ki, onun da 75 faizi duzsuzlaşdırılmış dəniz suyudur.
Bu gün krallıq dəniz suyundan çıxarılan şirin suyun miqdarına görə dünyada birinci yerdədir.
Səudiyyə Ərəbistanı da təkrar istifadə olunan suyun həcmini iki dəfə artıraraq, bu rəqəmi 32 faizə çatdırıb.
Bundan əlavə, ölkə 2030-cu ilə qədər karbon qazı tullantılarının azaldılması, 10 milyard ağac əkilməsi və zədələnmiş təbii ərazilərin bərpası istiqamətində səylərini ikiqat artırmaq niyyətindədir.
Əl-Fədhli bildirib ki, “Yaşıl Səudiyyə Ərəbistanı” proqramının icrası zamanı artıq 500 min hektardan çox deqradasiyaya uğramış ərazi bərpa edilib və 151 milyon ağac əkilib.
2030-cu ilə qədər hakimiyyət 2,5 milyon hektar ərazini bərpa etməyi və 215 milyondan çox ağac əkməyi planlaşdırır. Proqramın məqsədi 40 milyon hektar sahədə 10 milyard ağac əkməkdir.
Əli Babayev