Uitkoff Rusiyaya gedir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib. “Bəli, o, İsrailə, sonra Rusiyaya gedəcək”, – Amerika lideri deyib. Ziyarət ABŞ-nin Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir.
Qeyd edək ki, Uitkoff sonuncu dəfə aprel ayında Moskvada olub.