Dünyanın ilk termonüvə reaktoru ABŞ-da tikilir…
Reaktorun Microsoft məlumat mərkəzlərini gücləndirmək üçün istifadə edilməsi planlaşdırılır. Obyektin üç ildən sonra istifadəyə veriləcəyi vəd edilir.
ABŞ-ın Vaşinqton ştatının mərkəzi hissəsində ilk termonüvə reaktorunun tikintisinə başlanılıb. İş Microsoft-un dəstəyi ilə Helion Energy tərəfindən həyata keçirilir.
SİA-nın məlumatına görə, reaktor Orion adlanacaq. “Orionun” gücü 50 meqavat olacaq.
Reaktor 2028-ci ildən Microsoft məlumat mərkəzlərini enerji ilə təmin edəcək. Şirkətlər artıq enerji təchizatı üçün müqavilə imzalayıblar.
Termonüvə enerjisi demək olar ki, qeyri-məhdud və təmiz hesab edilə bilər; onun istehsalı radioaktiv tullantı yaratmır. Bununla belə, hələ heç bir şirkət reaksiyanın başlamasına sərf olunan enerjidən daha çox enerji əldə etməyi bacarmayıb. Buna baxmayaraq, ona maraq artır: son bir ildə sənayeyə 2,64 milyard dollar sərmayə qoyulub.
Helion Energy torpaqları icarəyə götürüb və icazələrin alınması prosesinə başlayıb.
Bundan əvvəl şirkət 12 ildir ki, təcrübələr aparır, prototipləri yaradır və sınaqdan keçirirdi. Bir sıra şirkətlər Heliona milyard dollardan çox sərmayə qoyub.
Bu yaxınlarda məlum oldu ki, ABŞ alimləri 1938-ci ildən bəri ilk termonüvə sintezi təcrübəsini təkrarlayıblar.
Əli Babayev