Bir ay ərzində Ukraynanın itirdiyi ərazilərin
İyul ayında Rusiya işğalçılarının cəbhədə irəliləyiş tempi iyun ayındakı səviyyədə qalıb – Ukraynanın 564 kv. km ərazisi işğal olunub. SİA xəbər verir ki, bu barədə Ukrayna monitorinq layihəsi “DeepState” məlumat verib.
Analitiklər həmçinin cəbhənin bütün istiqamətləri üzrə bölgü apararaq, hansı istiqamətdə neçə faiz ərazi itirildiyini həyata keçirildiyini əyani şəkildə göstəriblər:
Novopavlovsk istiqaməti – 34%
Pokrovsk istiqaməti – 22%
Liman istiqaməti – 12%
Xarkov (o cümlədən Kupyansk) istiqaməti – 9%
Toretsk istiqaməti – 5%
Seversk istiqaməti – 4%
Zaporojye istiqaməti – 3%
Sum istiqaməti – 0%
“Bu korrelyasiyada ən effektiv istiqamətlər Pokrovsk və Sum istiqamətləridir, çünki düşmən orada uğur qazanmaq üçün daha çox hücum etməlidir. Novopavlovsk isə ən problemli istiqamətdir və orada düşmən daha az itki ilə daha böyük uğurlar əldə edir”, – “DeepState” əlavə edib.