Dünya

hərbi abidələri təhqir edənlər cəzalanacaq…


Hərbi məzarlıqların və abidələrin təhqir olunması indi 5 milyon rubla qədər cərimə və ya 5 ilə qədər həbslə cəzalandırılır.

Bu gün, avqustun 3-də bu mövzuda qanun qüvvəyə minib. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, bunlar ciddi, lakin əsaslandırılmış tədbirlərdir.

SİA-nın məlumatına görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243.4-cü maddəsinə dəyişiklik edilib.

Onun müddəaları hərbi məzarlıqların, o cümlədən abidələrin, stellərin, obelisklərin, digər memorial tikililərin təhqir edilməsinə görə məsuliyyət nəzərdə tutur.

Bu, həm Rusiyada, həm də xaricdə yerləşən memorialların təhqir olunmasına aiddir, Dövlət Dumasının sədri aydınlıq gətirib.

Onun sözlərinə görə, “cinayət məsuliyyəti ciddi tədbirdir, lakin dost olmayan Qərb dövlətlərinin tarixi təhrif etməyə çalışdığı, bu gün onların sayəsində yaşadıqları sovet əsgərlərinin abidələrini və dəfn yerlərini dağıtmağa çalışdığı şəraitdə haqlıdır.

…Bizim vəzifəmiz həlak olmuş qəhrəmanların xatirəsini qorumaq, onların məzarlarının təhqir olunmasının qarşısını almaqdır.

Bunu Vyaçeslav Volodin deyib.

Qanun Dövlət Duması tərəfindən 2025-ci il iyulun 15-də qəbul edilib.Vətən müdafiəçilərinin xatirəsini əbədiləşdirən obyektlərin təhqir olunmasına görə cinayət məsuliyyətinin tətbiqi deputatlar tərəfindən yekdilliklə dəstəklənib.

Ağırlaşdırıcı hallar arasında, xüsusən də bir qrup şəxs tərəfindən zor tətbiq etməklə və ya hədə-qorxu ilə cinayət törətmək, yaxud Böyük Vətən Müharibəsi hadisələri ilə bağlı dəfn yerlərini və ya abidələri ləkələmək.

Əli Babayev