Dünya

Nyu-Yorkda zəlzələ baş verib


ABŞ-nin Nyu-York şəhəri yaxınlığında 3 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 22:18-də (Bakı vaxtı ilə bazar günü 06:18) Manhettendən 13 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.