“Rusiya Belarus üzərində nəzarəti itirsə, müharibəni itirəcək”..?
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məşhur amerikalı tarixçi Yuri Felştinski hesab edir ki, Rusiyanın məğlubiyyətinə səbəb ola biləcək iki amil var. Onlardan biri Belarusla bağlıdır: – Ukraynanın bu müharibədə qələbəsi, Avropanın bu müharibədə qələbəsi (yaxud Avropanın bu müharibənin yaratdığı böhrandan çıxması) iki amillə təmin olunur.
Birincisi, Moskvaya zərbələrdir.
İkincisi, Belarusda rejim dəyişikliyidir. Xəritəyə baxsanız, məlum olur ki, Rusiya Belarus üzərində nəzarəti itirsə, Avropanı təhdid etmək imkanını itirər. Əbədi. Ona görə də Belarus Avropa təhlükəsizliyinin təşkilində əsas məqamdır.
Əli Babayev