Dünya

Rusiya bizneslərinin genişmiqyaslı təmizlənməsinə başlanıb…





Ukrayna kəşfiyyatı təfərrüatları öyrənib…



…Əvvəla xatırladaq ki, SİA bu barədə bir müddət əvvəl də yazmışdı.

Deməli, Birləşmiş Ərəb Əmirliklərinin maliyyə qurumları Rusiya bizneslərinin genişmiqyaslı “təmizlənməsinə” başlayıblar.

SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

2025-ci ilin iyul ayında BƏƏ bankları Rusiyadan olan şirkətlər üzərində maliyyə nəzarətini kəskin şəkildə artırıb. Kəşfiyyat məlumatlarına görə, firmaların təxminən 30 faizi hesabların bağlanması və ya əməliyyatların məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq alıb.

Belə tədbirlərin əsas səbəbləri bunlar idi: bank sorğularına məhəl qoymamaq və ya vaxtında cavab verməmək, sənədlərdə səhvlər və ya məlumat çatışmazlığı, pul vəsaitlərinin hərəkətinin elan edilmiş fəaliyyət növü ilə uyğunsuzluğu, FATF-in “qara siyahısı”na daxil olan ölkələrlə əlaqələr, habelə sanksiya tətbiq edilmiş şəxslər və ya şirkətlərlə münasibətlər…

Nəzarət Britaniya və Avropa İttifaqının sanksiyalarından sonra artırılıb…

İlk irimiqyaslı yoxlamalar 2024-cü ilin fevralında – Böyük Britaniyanın Rusiyaya məhdudiyyətlərdən yan keçməsinə kömək edən Əmirlik şirkətlərinə qarşı sanksiyalar tətbiq etdikdən dərhal sonra başladı.

Dönüş nöqtəsi ilk dəfə olaraq Əmirlik strukturlarının daxil olduğu Aİ sanksiyalarının 18-ci paketi oldu.

Bu, BƏƏ banklarını Rusiya bizneslərinə qarşı daha sərt tədbirlər görməyə sövq etdi.

Birləşmiş Ərəb Əmirlikləri FATF-ın “boz siyahısı”ndan bu yaxınlarda çıxdı və indi yenidən daxil edilməməyə çalışır.

Əli Babayev