Dünya

Türkiyədə partlayış baş verib, ölənlər var


Türkiyədə anestezik qaz istehsalı müəssisəsində partlayış baş verib, iki nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Hadisə Tekirdağ vilayətinin Ergene rayonunda qeydə alınıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Partlayışın səbəbi məlum deyil.