İqtisadiyyat

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib


Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru Şuranın tərkibinə daxil edilib, ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Şuranın tərkibindən çıxarılıb.