İqtisadiyyat

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb


Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,03% azalaraq 3 425,31 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,35% artaraq 37,46 ABŞ dolları olub.