5 alman qırıcısı Polşaya göndərilir
5 alman “Eurofighter EF-2000 Typhoon” təyyarəsi yaxın həftələrdə NATO-nun şərq cinahına aid hava məkanının müdafiəsinə dəstək verəcək. SİA xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış X hesabında yazıb. Məlumata görə, təyyarələr Varşava yaxınlığında yerləşən Minsk-Mazovks aerodromunda yerləşdiriləcək.