Bişkekdə zəlzələ baş verib…
Qırğızıstan paytaxtının sakinləri təxminən saat 19:45-də baş verən zəlzələni hiss ediblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbiri Bişkekdən məlumat verib. Yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss olunub.
Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan bildiriblər ki, hazırda yeraltı təkanlar barədə məlumat emal olunur.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 5,1 bal gücündə olub.
Zəlzələnin episentri Qırğızıstan-Özbəkistan sərhədi yaxınlığında, təxminən 10 km dərinlikdə yerləşib.
Nazlı Almuradova