Qutsul istintaq təcridxanasından qaqauziyalılara mesaj çatdırıb
…Yeddi il müddətinə azadlıqdan məhrum edilən Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul muxtariyyət sakinlərinə deyib ki, o, sınmayıb və döyüşməyə hazırlaşır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “Pobeda” blokunun deputatı Vadim Fotesku siyasətçiyə istintaq təcridxanasında baş çəkdikdən sonra deyib.
…O, qırılmayıb, döyüşçüdür, öz Qaqauziyası üçün mübarizəni davam etdirəcək.
Bunu Fotesku bildirib.
O, həmçinin Qutsuldan bütün qaqauz xalqına salamlarını çatdıraraq, onları təslim olmamağa və muxtariyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəni davam etdirməyə çağırıb.
Qeyd edək ki, avqustun 5-də Kişinyov məhkəməsi Yevgeniya Qutsulu müxalifət partiyası “Şor”un maliyyələşdirilməsində qanun pozuntularında ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edib.
Vəkil bildirib ki, Qutsul koloniyaya göndərilməzdən əvvəl dəhşətli şəraiti ilə tanınan Kişinyovun 13-cü həbsxanasında saxlanılacaq.
Siyasətçinin tərəfdarları Qutsulun saxlandığı istintaq təcridxanasında etiraz aksiyası keçiriblər. Təxminən ona yaxın adam bannerlərlə istintaq təcridxanasının girişində dayanaraq Qaqauziya rəhbərinin azadlığa buraxılmasını tələb ediblər.
Əli Babayev